...

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Siyasət Materials 30 Dekabr 2015 20:19 (UTC +04:00)
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Bakı. Trend:

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən "Vətənsevər Dostluq Cəmiyyəti"nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycanın istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin fərmanı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda tədbirdə "Vətənsevər Dostluq Cəmiyyəti"nin sədri Könül Hacızadə çıxış edib, həmvətənlərimizi bayram münasibətilə təbrik edib.

Tədbirin sonunda bayram ziyafəti verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti