...

Oqtay Əsədov deputatlara irad tutdu

Siyasət Materials 19 Yanvar 2016 13:30 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara irad tutub.

Trend-in məlumatına görə, O.Əsədov deputatlara iclasın gündəliyinə daxil olan məsələlər haqqında danışmağı tövsiyə edib.

O qeyd edib ki, əsas məsələlər qalıb bir kənarda, deputatlar başqa məsələlər haqqında danışırlar: "Növbədənkənar sessiyanın məqsədi iqtisadiyyatı yaxşılaşdırmaq üçün daxil olan qanun layihələrini qəbul etməkdir".

Qeyd edək ki, iclasın gündəliyinə Vergi və İnzibati Xətalar məcəllələrinə, "Əmanətlərin sığortalanmsı haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" və "Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti