...

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri patriarx Filaretini “Qızıl medal”ı ilə təltif edib (FOTO)

Siyasət Materials 23 Yanvar 2016 21:58 (UTC +04:00)
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filareti ilə görüşüb
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri patriarx Filaretini “Qızıl medal”ı ilə təltif edib (FOTO)

Bakı-Trend:

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filareti ilə görüşüb.

Trend-in məlumatına görə, E.Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretini ad günü münasibətilə təbrik edib və Alyansın "Qızıl medal"ı ilə təltif edib. E.Məmmdov, eyni zamanda Kiyev və bütün Ukraynanın patriarxına yazıçı Çingiz Abdullayevin kitabını təqdim edib.

Görüşdə Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək. Filaret, öz növbəsində, diaspor rəhbərinə bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, ötən ilin yanvarında patriarx Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri E.Məmmədovu ikinci dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti