...

Azərbaycan deputatı AŞ PA Bürosunun iclasında iştirak edəcək

Siyasət Materials 1 Mart 2016 20:00 (UTC +04:00)
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Büro və Daimi Komitəsinin toplantılarında iştirak etmək üçün martın 2-də Fransanın paytaxtı Parisə səfər edəcək.
Azərbaycan deputatı AŞ PA Bürosunun iclasında iştirak edəcək

Bakı. Trend:

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Büro və Daimi Komitəsinin toplantılarında iştirak etmək üçün martın 2-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Trend Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Büro iclasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland və bir sıra vəzifəli şəxslərin çıxışları dinləniləcək, habelə Qazaxıstan, Makedoniya və Serbiyada son parlament seçkilərinin nəticələri ilə bağlı məsələlərə baxılacaq.

Qurumun Daimi Komitəsinin yığıncağında miqrasiya, qaçqınlar, məcburi köçkünlər və miqrantlar problemi, vətənindən kənar düşmüş uşaqların vəziyyəti, Avropadakı muzey və kitabxanaların müasir durumu, Kinematoqrafiya istehsalı üzrə Avropa konvensiyasının layihəsi müzakirə olunacaq.

Səfər martın 5-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti