...

Macarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 5 Mart 2016 15:15 (UTC +04:00)
Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycana rəsmi səfərə gəlib.
Macarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Viktor Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti