...

Azərbaycanın xaricdəki gənclər təşkilatları bəyanat verdi

Siyasət Materials 8 Mart 2016 11:15 (UTC +04:00)
Forum iştirakçılarının ümumi razılığı əsasında Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası fəaliyyətinin əlaqələndirilməsi “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.
Azərbaycanın xaricdəki gənclər təşkilatları bəyanat verdi

Bakı. Trend:

"İRƏLİ" İctimai Birliyinin təşəbbüsü Türkiyənin İstanbul şəhərində keçirilən "Xaricdən milli baxış" Forumunun iştirakçıları, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Polşa, İspaniya, Macarıstan, Norveç, Türkiyə, Çexiya, İtaliya, Rumıniya, Litva, Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları birgə bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir: "Biz, dünya Azərbaycanlıları olaraq ölkəmizi xaricdə təmsil etməkdən qürur duyur və bunun məsuliyyətini öz üzərimizdə hər zaman dərk edirik.

Ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" ifadəsi indi hər birimizin həyat devzinə çevrilib.

Məqsədimiz ölkəmizlə bağlı doğru informasiyaları, Azərbaycanın qısa müddət ərzində keçdiyi inkişaf yolunu, xalqımıza xas olan milli dəyərləri, Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırım və işğalçılıqsiyasətini yaşadığımız ölkələrin, eləcə də dünyanın diqqətinə çatdırmaq, ədalətin bərqərar olunmasına nail olmaqdır.

Qeyd edilən istiqamətlərdə aparılan dövlət siyasətini daim dəstəkləyir və hər birimizin milli mənəvi borcu hesab edirik.

Gənclik, güclü Azərbaycan dövlətinə, xalqımızın iradəsinə söykənərək dünya səviyyəsində öz sözünü deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevə güvənərək bundan sonra da üzərinə düşən işi yerinə yetirəcək.

Biz, Forum iştirakçıları olaraq bütün dünyadakı Azərbaycanlı gənclərə müraciət edərək bildiririk ki, indi dünyada baş verən proseslər daha yaxın olmağımızı, daha sıx birləşməyimizi, müstəqil Azərbaycan üçün daha çox işlər görməyi zəruri edir".

Bundan irəli gələrək Forum iştirakçıları tərəfindən yaradılan Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası bundan sonrakı fəaliyyətini mərkəzləşdirilmiş formada həyata keçirməyi, xaricdəki gənclər təşkilatlarının ictimai-siyasi proseslərdə mövqeyinin gücləndirilməsini qarşıya məqsəd qoyub.

Yeni müraciətlərə əsasən Koordinasiya Şurasının fəaliyyət coğrafiyasının genişləndirilməsi də əsas məqsədlərdən biridir.

Forum iştirakçılarının ümumi razılığı əsasında Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası fəaliyyətinin əlaqələndirilməsi "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti