Bakı. Rufiz Hafizoğlu - Trend:
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə Trend Türkiyə Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.
Martın 10-11-də O.Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Milli Məclis sədrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir.