...

Deputat: Azərbaycan Ordusu bu gün qələbə əzmindədir

Siyasət Materials 4 Aprel 2016 11:40 (UTC +04:00)
“Ermənilər işğal olunmuş Azərbaycan ərazilərinə nəzarəti “əbədiləşdirmək” fikrindədirlər.
Deputat: Azərbaycan Ordusu bu gün qələbə əzmindədir

Bakı. Elçin Mehdiyev - Trend:

"Ermənilər işğal olunmuş Azərbaycan ərazilərinə nəzarəti "əbədiləşdirmək" fikrindədirlər. Ona görə də ermənilər cəbhədə təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmağa çalışırlar".

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi bütün sülh təşəbbüslərini bloklayır, sülh istəmir və mövcud status-kvonun saxlanması üçün əlindən gələni edir: "Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını azad etmək niyyətində deyillər, baxmayaraq ki, BMT-nin bununla bağlı dörd qətnaməsi var".

E.Məmmədov vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "Ancaq Ermənistan tərəfi cəbhədə təxribatlar törətməklə Azərbaycanı müharibəyə təhrik edir. Azərbaycan Ordusu ermənilərin son təxribatlarına layiqli cavab verdi. Azərbaycan Ordusu separatçı erməni silahlı birləşmələrinə qarşı anti-terror əməliyyatları keçirir. Ancaq bu daha geniş miqyasda müharibəyə çevrilə bilər və düşmən təkcə işğal etdiyi Azərbaycan ərazilərindən yox, Ermənistanın yerləşdiyi tarixi Azərbaycan ərazilərindən də qovula bilər".

Deputat qeyd edib ki, beynəlxalq qurumlar, dünya dövlətləri işğal edilmiş Azərbaycan torpaqlarından ermənilərin çıxarılmasını təmin etməlidir: "Əks halda, Azərbaycan işğalçı düşməni öz ərazilərindən çıxarmaq üçün tədbirlər görəcək. Azərbaycan xalqı, ordusu bu gün qələbə əzmindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti