...

İlham Əliyev: Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir

Siyasət Materials 9 Aprel 2016 22:36 (UTC +04:00)
Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir
İlham Əliyev: Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir

Bakı. Trend:

"Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir. Orada 50-dən çox ölkə iştirak edirdi, o cümlədən Azərbaycan. Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan nüvə materiallarının qanunsuz trafikinin qarşısının alınması məsələlərində çox etibarlı tərəfdaşdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman deyib.

İlham Əliyev bildirib ki, səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə çox yaxşı, səmərəli və səmimi söhbətlərim, danışıqlarım olmuşdur: "Bu danışıqlar bir daha onu göstərir ki, bizim aramızdakı əlaqələr hər iki tərəf üçün çox önəmlidir. Biz bir çox sahələrdə birgə işləyirik və bu əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır. Burada həm siyasi əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri və ticarət, iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir".

Xəbər lenti

Xəbər lenti