...

Nazir: BƏƏ Azərbaycanla əlaqələrin yüksək səviyyədə saxlanılması və inkişaf etdirilməsinə xüsusi önəm verir

Siyasət Materials 13 Aprel 2016 13:54 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan ilə görüş keçirib.
Nazir: BƏƏ Azərbaycanla əlaqələrin yüksək səviyyədə saxlanılması və inkişaf etdirilməsinə xüsusi önəm verir

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə səfir D.Şikarov cəbhə xəttində yaranmış son durumla bağlı ətraflı məlumat verilərək bildirib ki, 01.04.2016-cı il tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini, xüsusən də dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artileriya və iriçaplı pulemyotlardan atəşə tutması nəticəsində mülkü şəxslər həlak olmuş, yaşayış evləri, məktəblər, xəstəxanalar və məscidlər dağıdılıb.

Qeyd olunub ki, ağır silahlarla silahlanmış erməni ordusu tərəfindən bizə açılan bu atəşlər məhz 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş tarixi Azərbaycan ərazilərindən açılır. Səfir bu kimi təxribatçı və provakasiya xarakterli aksiyanın dayandırılması, həmçinin, evlərin və məscidlərin dağıdılmaması, mülkü insanlar arasında daha çox itkilərə yol verilməməsi naminə Azərbaycan tərəfinin cavab atəşi açmaq məcburiyyətində qaldığını bildirmişdir.

Səfir D.Şikarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son vəziyyətlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, həmçinin, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, Pakistan, Belarusiya və digər ölkələrin Azərbaycanın haqlı mövqeyini tam dəstəkləmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etmələrini tələb edən bəyanatlar veriblər.

Xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan BƏƏ tərəfindən Azərbaycanla əlaqələrin yüksək səviyyədə saxlanılması və daha da inkişaf etdirilməsinə xüsusi önəm verildiyi, BƏƏ-nin Azərbaycanla, xüsusən də, ölkə rəhbərliyi ilə yaxın münasibətlərə malik olmasının fəxrlə qəbul edildiyini vurğulayıb.

Nazir Azərbaycan ilə BƏƏ-nin qardaş ölkə olduğunu və Azərbaycanın mövqeyini dəstəklədiklərini qeyd edərək, cəbhə bölgəsində yaranmış son vəziyyət, ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayaraq problemin BMT-nin qəbul etdiyi qərar və qətnamələrdə qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bildirib.

Səfir D.Şikarov ölkəsinin, işğal altında olan torpaqların məhz sülh yolu ilə, xüsusən BMT-nin qəbul etdiyi qərar və qətnamələrdə qeyd olunan prinsiplər əsasında həllinin tərəfdarı olduğunu qeyd edərək, Ermənistan tərəfinin sülh danışıqlarından imtina etdiyini, işğalçı Ermənistanın BMT-nin və və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını Nazir Şeyx Abdullanın diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti