...

Azərbaycan və Bruney arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 26 Aprel 2016 18:23 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Bruney Krallığının xarici işlər naziri və ticarət naziri Cok Senq Lim ilə görüşüb.
Azərbaycan və Bruney arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Bruney Krallığının xarici işlər naziri və ticarət naziri Cok Senq Lim ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olundu.

C.S.Lim tədbirdə iştirak edən Bruney nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Bruneyin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti