Prezident İlham Əliyev: Dağılmış bu evlər erməni faşizminin təzahürüdür (FOTO)

Prezident İlham Əliyev: Dağılmış bu evlər erməni faşizminin təzahürüdür (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də cəbhə bölgəsinə səfər çərçivəsində Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər.

Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar, sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev deyib: "Sizi ürəkdən salamlayıram. Sizə öz hörmətimi, məhəbbətimi ifadə edirəm. Siz burada düşmənlə üz-üzə olan kənddə yaşayırsınız, yaradırsınız, qurursunuz. Azərbaycan xalqı sizinlə fəxr edir".

Mahrızlı sakini Allahverdi Məmmədov: "Cənab Prezident, Siz təyyarənin pilləkənindən düşəndə, fəxri qarovulun qarşısından keçəndə, ingilis dilində çıxış edəndə mən fəxr edirəm".

Prezident İlham Əliyev bildirib: "Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edim. Bilirsiniz ki, aprel ayının əvvəlində Ermənistanın silahlı təxribatı nəticəsində bizim mövqelərimizə hücum çəkildi, biz şəhid verdik, o cümlədən mülki əhali arasında həlak olanlar olmuşdur. Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək".

Dövlət başçısı qeyd edib ki, dağılmış bu evlər erməni faşizminin təzahürüdür: "Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcəkdir. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Mən onu təşkil edəcəyəm, siz narahat olmayın, bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək".

İlham Əliyev deyib ki, Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb: "Budur, erməni faşizminin eybəcər sifəti. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır, aparmır və aparmayacaq. Ancaq Ermənistan, görün hansı çirkin işlərlə məşğuldur.

Bu yaxınlarda buraya bir qrup xarici jurnalist ezam olunmuşdur. Onlar bütün bu dağıntıları gördülər, çəkdilər, lentə aldılar. Bu, sənəddir və bu sənəd əsasında biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq. Azərbaycan Ordusu Azərbaycanı, Azərbaycan vətəndaşlarını qoruyur. Siz, düşmənlə üz-üzə yerləşən kəndlərdə yaşayan insanlar böyük cəsarət nümayiş etdirirsiniz. Sizin yaşamağınız, fəaliyyətiniz, öz torpağınıza bağlılığınız hər bir vətəndaş üçün bir nümunə olmalıdır. Düşməndən qorxmadan burada öz torpağınızda yaşayın. Biz öz torpağımızda yaşayırıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, heç vaxt torpaq iddiasında olmamışıq. Ancaq imkan verə bilmərik ki, bizim torpaqlarımız işğal altında qalsın".

Prezident əmin oluduğunu bildirib ki, işğala son qoyulacaq, Ağdam rayonu da, digər rayonlar da tamamilə azad olunacaq: "Çünki bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam üstünlük əldə edib. Aprelin əvvəlində Ermənistan tərəfindən bizə qarşı törədilən silahlı təxribatın qarşısını alan Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq. Biz indi güclü mövqedəyik. Bizim işimiz haqq işidir. Beynəlxalq hüququn bütün norma və prinsipləri bizim mövqeyimizi dəstəkləyir. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu, artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasi və diplomatik sahələrdə böyük iş aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq. İndi hamı bilir ki, Azərbaycan torpaqları işğal edilib. Artıq bu məsələ ilə məşğul olan vasitəçilər də deyirlər ki, bu vəziyyət dözülməzdir. Biz bunu iyirmi ildən çoxdur ki, deyirik. Vəziyyət dəyişib. Təmas xətti artıq əvvəlki təmas xətti deyil. Bunu hamı bilir".

Dövlət başçısı bildirib ki, ərazi bütövlüyü hər bir ölkə üçün əsas prinsipdir: "Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcəkdir. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun. Biz buna çalışırıq. Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz indi daha da möhkəmdir. Bu gözəl vəziyyəti yaradan şanlı Ordumuza eşq olsun! Ordumuzun sizin kimi əsgərləri var, öz yerindən tərpənmirlər. Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, siz burada durmusunuz, möhkəm də duracaqsınız".

Kənd sakini Südeyif Məhərrəmov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına sakinlərin minnətdarlığını çatdıraraq dedi: "Möhtərəm cənab Prezident, Ali Baş Komandan. Ağdam əhalisi adından, təmas xəttində yaşayan bütün insanlar adından bizimlə görüşə gəldiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Aprel ayının əvvəllərində erməni militaristlərinin, mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribatın qarşısını Azərbaycan Ordusu layiqincə aldı. Biz bunu dəstəkləyirik, bu yerdə bərk dayanmışıq. Bizə arxayın ola bilərsiniz, möhtərəm cənab Prezident, Ali Baş Komandan. Sizin bütün xarici və daxili siyasətinizi bəyənirik, öz yerimizdəyik, heç bir yerə də getməyəcəyik. Biz Sizinlə, Ordumuzla fəxr edirik".

Sakin Sevil Qarayeva: "Hörmətli Prezident, arzu edirəm Ağdam alınsın, Siz gələsiniz və Sizin gəlişinizə çoxlu qurbanlar kəsək. Başınız Murov dağı kimi uca olsun".

Prezident İlham Əliyev: "Sağ olun".

Sonda xatirə şəkli çəkdirildi.

Bitkoinin qiyməti kəskin şəkildə düşüb
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib
Poltavadakı diaspor fəalları Qələbədən qürurlandıqlarını bildiriblər (FOTO)
Bütün xəbərlər