...

Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 25 May 2016 12:29 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycanın BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.
Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycanın BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, etimad məktubu təqdim edildikdən sonra səfir M.Əhmədzadə ilə icraçı direktor E.Kazin arasında görüş keçirilib. ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib.

Azərbaycanla ÜƏP münasibətlərindən danışaraq əvvəllər Azərbaycanın ÜƏP yardımlarından yararlandığını qeyd edib, ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulayıb.

M.Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla ÜƏP arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəli görüşlərdən danışıb.

M.Əhmədzadə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nəticəsində donor ölkəsinə çevrildiyi, son illər ölkəmiz tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən yardım və inkişafa dəstək siyasəti barədə məlumat verib, bu xüsusda ÜƏP ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti