...

İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib

Siyasət Materials 27 May 2016 21:08
Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına əmin-amanlıq və rifah arzulayıram".

Dövlətimizin başçısı Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandarini də təbrik edib.

Məktubda qeyd olunur: "Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Nepal xalqına sülh və tərəqqi diləyirəm".

Xəbər lenti

Xəbər lenti