...

Azərbaycan həqiqətləri İtaliya mediasının gündəmində

Siyasət Materials 12 İyul 2016 14:49 (UTC +04:00)
İtaliyanın nüfuzlu "Il Giornale" qəzetinin jurnalisti Matteo Karnielettonun Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə “Dağlıq Qarabağ, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi” başlıqlı geniş müsahibəsi dərc olunub.
Azərbaycan həqiqətləri İtaliya mediasının gündəmində

Bakı. Trend:

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin jurnalisti Matteo Karnielettonun Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə “Dağlıq Qarabağ, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi” başlıqlı geniş müsahibəsi dərc olunub.

Trend-in məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi və aprel ayında təmas xəttində baş vermiş hadisələr ilə bağlı suala münasibətdə səfir M.Əhmədzadə Ermənistanın Azərbaycana qarşı iddialarının kökündə qonşu ölkələrin ərazisi hesabına “Böyük Ermənistan” xülyasının reallaşdırılmasının olduğunu, Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə ölkəmizin Dağlıq Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları irəli sürdüyünü, Sovet İttifaqının dağılmasından sonra hərbi təcavüz həyata keçirdiyini demiş, bu təcavüz nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmənin, Xocalıda soyqırımın törədildiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə Ermənistanın məhəl qoymadığını, qoşunların təmas xəttində Ermənistanın hərbi xuntasının davamlı təxribatlar törətdiyini vurğulayan diplomat cari ilin aprel ayında Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində Azərbaycanın mülki şəxslərinə və obyektlərinə dəyən zərər barədə danışıb.

Səfir qeyd edib ki, hərbi əməliyyatlarda Ermənistan tərəfindən kimyəvi silahlardan istifadə edildiyinə dair sübutların olduğunu, ölkəmizi nüvə silahından istifadə ilə təhdid etdiyini bildirib. Bu təxribatlara Azərbaycan qoşunlarının layiqli cavab verdiyi, bir sıra strateji yüksəklik və ərazilərin erməni işğalından tamamilə azad olunduğu, aprel hadisələrinin Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməyə qadir olduğunu göstərdiyini deyib

Ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayan diplomat Ermənistanın baş verənlərdən nəticə çıxaracağına və danışıqlarda konstruktivlik nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. M.Əhmədzadə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdəki mövcudluğunun münaqişənin həllinə ən böyük maneə olduğunu, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərinin öz torpaqlarına qayıtmasının münaqişənin həlli üçün müsbət şərait yaradacağını deyib.

Terrorizmlə mübarizədə Azərbaycanın səylərinə dair suala cavab olaraq, Azərbaycanın terrorizmdən əziyyət çəkən ölkə olduğunu, terrorizmin Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olduğunu, erməni terroru nəticəsində iki mindən çox azərbaycanlının qətlə yetirildiyini, terrorizmin qlobal bir təhdid olduğunu və beynəlxalq ictimaiyyətin bu bəla ilə mübarizəsinə Azərbaycanın fəal töhfə verdiyini deyib.

M.Əhmədzadə jurnalistin regional mövzularla, o cümlədən ölkəmizin Rusiya, İran və Türkiyə ilə münasibətlərinə dair suallarına cavab olaraq Azərbaycanın qeyd olunan ölkələrlə münasibətlərinin xarakteri barədə danışıb, habelə qonşu dövlətlərlə əməkdaşlığın inkişafında üçtərəfli formatlara da üstünlük verdiyini, bu xüsusda mövcud olan Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli formatlar çərçivəsində müzakirə olunan mövzuların və həyata keçirilən layihələrin yalnız regional yox, eləcə də beynəlxalq əhəmiyyətə malik olduğunu da deyib.

Müsahibədə Azərbaycanın İsraillə münasibətləri, ölkəmizdə yəhudi icmasının çoxəsirlik tarixi, Azərbaycanda mövcud olan çoxmədəniyyətlilik ənənələri, ölkəmizin multikulturalizm modelinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyi barəsində də danışılıb.

Azərbaycan-İtaliya münasibətlərinə dair suala cavab olaraq M.Əhmədzadə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və bunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya səfəri zamanı qəbul olunmuş birgə bəyannamədə təsbit olunduğunu deyib. İki ölkə arasında yüksək səviyyəli iqtisadi əlaqələrin mövcudluğunu, İtaliyanın Azərbaycanın ən iri ticarət tərəfdaşı olduğunu, Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini bildirib, TAP layihəsinin iqtisadi əlaqələrə verəcəyi töhfələrdən danışıb.

Enerji sahəsinin iqtisadi əməkdaşlıqda prioritet olaraq qaldığını, bununla belə digər sektorlarda da geniş imkanların olduğunu deyib, bu xüsusda, cari il 13 iyun tarixində Romada müvəffəqiyyətə keçirilmiş İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının dördüncü iclasının əhəmiyyətinə də toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti