...

Qazaxıstanda Xəzərin statusu üzrə işçi qrupunun iclası olub

Siyasət Materials 12 İyul 2016 17:52 (UTC +04:00)
İyulun 11-12-də Astanada Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 46-cı iclası keçirilib.
Qazaxıstanda Xəzərin statusu üzrə işçi qrupunun iclası olub

Bakı. Yelena Kosolapova - Trend:

İyulun 11-12-də Astanada Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 46-cı iclası keçirilib.

Trend-in Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, iclas Xəzəryanı ölkələrin XİN rəhbərlərinin müavinləri səviyyəsində keçirilib.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Xüsusi işçi qrupunun növbəti iclası İranda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti