...

İlham Əliyev İtaliyanın təhsil, universitetlər və tədqiqat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Siyasət Materials 21 İyul 2016 10:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev İtaliyanın təhsil, universitetlər və tədqiqat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə çox yaxşı münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin yaradılacağına əminliyini ifadə edib. Dövlət başçısı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında qəbul olunmuş Birgə Bəyannamənin rolunu qeyd etdi. Azərbaycanlı tələbələrin İtaliyada təhsil almalarının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluğun yaxşı nümunəsi kimi dəyərləndirib.

İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini ölkəsinin Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanlı tələbələrin İtaliyada təhsilinə toxunan qonaq tələbələrin sayının getdikcə artmasının əhəmiyyətini qeyd edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birinci Avropa Oyunlarının Romada təqdimatı zamanı görüşdüyünü məmnunluqla vurğulayan xanım Stefania Giannini görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını deyib.

İtaliyalı nazir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada, Vatikanda əhəmiyyətli layihələr həyata keçirməsinin önəmini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti