...

İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 7 Avqust 2016 11:59 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Həsən Ruhaninin bu gün rəsmi qarşılanma mərasimi olub.
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Həsən Ruhaninin bu gün rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

İran və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İranın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti