...

Erməni idmançılar İrana ciddi nəzarət altında buraxılacaq

Siyasət Materials 19 Sentyabr 2016 16:07 (UTC +04:00)
Səfir deyib ki, İran dövləti dərhal məsələyə reaksiya verib.
Erməni idmançılar İrana ciddi nəzarət altında buraxılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

İranda keçirilən idman yarışlarında bəzi idmançıların paltarlarında Azərbaycanın erməni silahlıları tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “bayrağı”nın əks etdirilməsində məqsəd İranla Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələrə zərər gətirmək və kölgə salmaq idi.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səlahiyyət müddəti başa çatan səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir deyib ki, İran dövləti dərhal məsələyə reaksiya verib:

“Biz buna dərhal reaksiya verdik və tədbir gördük. Mən bəyanatımda qeyd etdim ki, İran idman yarışlarının siyasi məqsədlər üçün istifadə edilməsinin əleyhinədir. Biz həmin idman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdalıq etdik və gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi tanımırıq. Biz prinsipal olaraq işğalın, separatizmin əleyhinəyik. Düşünürük ki, münaqişələr sülh yolu ilə həllini tapmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti