...

Roma Papasının Bakıya səfəri zamanı sülh və barış diqqət mərkəzində olacaq

Siyasət Materials 28 Sentyabr 2016 10:58 (UTC +04:00)
Roma Papası Fransiskin Bakıya səfəri zamanı sülh və barış diqqət mərkəzində olacaq.
Roma Papasının Bakıya səfəri zamanı sülh və barış diqqət mərkəzində olacaq

Bakı. Elmira Tariverdiya - Trend:

Roma Papası Fransiskin həftəsonu Azərbaycan və Gürcüstana ilk rəsmi səfəri zamanı sülh və barış məsələsi diqqət mərkəzində olacaq.

Bu barədə Trend "Deseretnews.com" saytına istinadən məlumat verir.

Şərhçilərin fikrincə, Papanın Azərbaycan və Gürcüstana ilk rəsmi səfəri önəmli hadisədir.

Vatikan üzrə aparıcı ekspert, jurnalist Andrea Tornielli İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib: "Bu səfər dinlərarası sülhün möhkəmləndirilməsi baxımından böyük əhəhmiyyət kəsb edir".

Qeyd edək ki, Roma Papası oktyabrın 2-də Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti