...

Azərbaycanın döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib (FOTO/VİDEO)

Siyasət Materials 15 Noyabr 2016 18:11 (UTC +04:00)
Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.
Azərbaycanın döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb. Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.

Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan şərti düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti