...

TASR: V Konqres KİV sahəsində gələcək addımların müzakirəsi üçün yaxşı platformadır

Siyasət Materials 16 Noyabr 2016 17:13 (UTC +04:00)
Bu gün Bakıda işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çox mühüm əhəmiyyət kəsb edən bir tədbirdir.
TASR: V Konqres KİV sahəsində gələcək addımların müzakirəsi üçün yaxşı platformadır

Bakı. Anaxanım Hidayətov - Trend:

Bu gün Bakıda işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çox mühüm əhəmiyyət kəsb edən bir tədbirdir. Bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən TASR Slovakiya Xəbər Agentliyinin beynəlxalq münasibətlər üzrə direktoru Xana Qrosu deyib.

X.Qrosu bildirib: "Biz burada müasir kütləvi informasiya vasitələrinin problemlərini, yeni çağırışları, sosial şəbəklər dövründə daha effektli işin təmin edilməsi üçün növbəti atılmalı addımları müzakirə edirik".

Onun sözlərinə görə, Dünya Xəbər Agentliklərinin V Konqresi həmçinin fikir mübadiləsi üçün yaxşı imkan yaradır.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti