Bakıda Meksikaya viza verilməsinə başlanıldı - Konsulluq açılıb

Siyasət Materials 29 Noyabr 2016 13:57 (UTC +04:00)

Bakı. Yelena Kosolapova -Trend:

Bakıda Meksika konsulluğu açılıb. Trend-in məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bu gün mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, indi Meksikaya viza almaq üçün Moskva və ya İstanbula getməyə ehtiyac yoxdur.

Konsulluq sentyabr ayında açılsa da, bir sıra texniki prosedurlar səbəbi ilə vizaların verilməsi indi başlayır.

Səfir qeyd edib ki, vizanın dəyəri 36 dollar təşkil edir və 6 ay müddətinə verilir.

Qeyd edəki ki, 2015-ci ildə Meksikaya 148 Azərbaycan vətəndaşı səfər edib. 2016-cı ildə bu rəqəmin 500-ə çatacağı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti