...

Beynəlxalq Alyans sədri Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Siyasət Materials 29 Noyabr 2016 16:22 (UTC +04:00)
A.Qriqoriu ədalət və insan haqları işinə böyük töhfəsinə görə bu ordenlə təltif edilir.
Beynəlxalq Alyans sədri Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov San-Marinoda Azərbaycanın böyük dostu Aureliya Qriqoriuya Malta Ordeninin Ali mükafatı – Böyük Malta Xaçının təqdim edilməsi mərasimində iştirak edib.

E.Məmmədov Trend-ə bildirib ki, mükafatı təqdim edən Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İoann Suveren Ordeninin Böyük Magistri Tornbyorn Paterno Kastello qeyd edib ki, A.Qriqoriu ədalət və insan haqları işinə böyük töhfəsinə görə bu ordenlə təltif edilir.

Təqdimat mərasimi çərçivəsində T.Kastello ilə görüşdüyünü deyən Alyans sədri qeyd edib ki, görüşdə Malta ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin vacibliyi vurğulanıb. T.Kastello Maltanın Azərbaycanın yerləşdiyi regionda baş verən hadisələri diqqətdə saxladığını qeyd edib.

E.Məmmədov deyib ki, rəhbərlik etdiyi Alyans iki ölkə arasında mədəni, sosial sahələrdə əməkdaşlığın inkişafı istiqamətində layihələri həyata keçirməkdə maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti