...

Fuad Muradov: Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, inkişaf edib

Siyasət Materials 12 Dekabr 2016 09:53 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir.
Fuad Muradov: Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, inkişaf edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir. Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib.

Bunu Trend-ə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.

Millət vəkili bildirib ki, ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır:

"Onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb. Xüsusilə gənclər hər zaman Ulu öndərimizin diqqət mərkəzində olub. Onun elə ilk fərmanlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması, ardınca Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir. Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində həyata keçirilməsinə nail olub. Əslində, o zaman dövlət siyasətinin əsas hissəsi kimi Azərbaycanda gənclər siyasəti formalaşmağa başladı".

F.Muradov qeyd edib ki, həmin siyasət bu gün də davam etdirilir:

"Ulu öndərin böyüklüyü o idi ki, gənclərə hər zaman etimad göstərirdi. O hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirillir. Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb. Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar var. Prezident mütəmadi olaraq gənclərlə bağlı müxtəlif sərəncamlar imzalayıb. İstər Gənclər Fondunun yaradılması, istərsə də gənclər üçün qəbul edilən proqramlar onların inkişafına hesablanmış addımlardır. Bütün bunlar məhz Ümummilli liderin siyasi kursunun davamıdır. Eyni zamanda, Heydər Əliyev Fondunun və ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini də qeyd etmək lazımdır. Ulu Öndərimizin mənəvi irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə özünü göstərir. Gənclər sahəsində, xüsusilə Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində aparılan işlər Ümummilli liderin qoyduğu təməl prinsipləri özündə əks etdirir. Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində yetişməsinin təməli ulu öndər tərəfindən qoyulub. Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. Qarabağın azadlığı üçün dövlət başçısı tərəfindən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalıdırlar. Həmçinin, Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar. Ümummilli Liderin də gənclərə tövsiyələri bu olub. Odur ki, gənclər daim Ulu öndərin tövsiyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər. Bu bizim hər birimizin mənəvi borcudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti