Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.