...

XİN: Erməni lobbisinin Trend İnformasıya Agentliyinə hücumları söz və mətbuat azadlığına qarşı hücumdur

Siyasət Materials 4 Fevral 2017 11:32 (UTC +04:00)
ASALA terror təşkilatının ideoloji və maliyyə təminatçısı olan rasist ANCA lobbi təşkilatının saxta məlumatlarla Trend İnformasiya Agentliyinə qarşı hücumları həqiqətə, söz və mətbuat azadlığına qarşı hücumdur.
XİN: Erməni lobbisinin Trend İnformasıya Agentliyinə hücumları söz və mətbuat azadlığına qarşı hücumdur

Bakı. Trend:

ASALA terror təşkilatının ideoloji və maliyyə təminatçısı olan rasist ANCA lobbi təşkilatının saxta məlumatlarla Trend İnformasiya Agentliyinə qarşı hücumları həqiqətə, söz və mətbuat azadlığına qarşı hücumdur.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "ANCA ənənələrinə sadiq qalaraq bu yolla öz yalanlarını ört - basdır etmək və Amerika ictimaiyyətini aldatmaq və manipulyasiya etmək kimi çirkin məqsədlər güdür. Ermənistan XİN rəsmilərinin bu "kampaniyanı" dəstəkləməkəri təxribatın haradan qaynaqlandığını açıq şəkildə göstərir. ANCA -nın Trend agentliyinə və onun jurnalistlərinə qarşı saxta və təxribatçı hücumlarına ATƏT-in media azadlığı üzrə nümayəndəsi ofisi və digər aidiyyəti beynəlxalq təsisatlar laqeyd qalmamalıdırlar".

ABŞ-dakı erməni lobbisi Trend İnformasiya Agentliyinə müharibə elan etdi

ABŞ-dakı erməni lobbisi Trend İnformasiya Agentliyinə müharibə elan etdi

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi Trend agentliyinin müəllifinin "Trump puts end to Armenian lobby’s influence on US" adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.

Komitə Twitter-dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin “Mayn Kamf” kitabındakı sitatla müqayisə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti