Bakı. Trend:
Fevralın 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub.
Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Dövlətimizin başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi.
Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulandı, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.