Bakı. Mehdi Sepahənd, Elmira Tariverdiyeva - Trend:
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda “referendum” keçirilməsi qəbulolunmazdır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, qeyri-legitim rejimin keçirdiyi “referendum” Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək.
O əlavə edib ki, münaqişə yalnız dialoq yolu ilə həll oluna bilər.