Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:20-də yayılıb)
Bakı. Səba Ağayeva - Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.
Bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
S.Qasımov bildirib: "Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı".
X X X
10:20
Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbər Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.
Bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
S.Qasımov bildirib: "Dilbər Əliyevanın ölümü haqqında məlumatı səhər saatlarında aldıq. Hazırda xəstəxanaya gedirik".
Baş konsulun sözlərinə görə, partlayış zamanı xəsarət alan azərbaycanlının vəziyyəti isə stabildir: "O, hələ xəstəxanadadır".
Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.