Bakı. Azad Həsənli - Trend:
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.
O, danışıqların Bakıda keçiriləcəyini bildirib: "Ekspertlərimiz buna hazırlıq görür".
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə ilk görüş fevralın 7-də Brüsseldə keçirilib.