...

Əli Əhmədov: Azərbaycanın gələcəyi daha parlaq olacaq

Siyasət Materials 3 May 2017 12:24 (UTC +04:00)
İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib.
Əli Əhmədov: Azərbaycanın gələcəyi daha parlaq olacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

"İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Baş nazirin müavini bildirib ki, həmin gənclər gələcəkdə Heydər Əliyevin ideyalarını, İlham Əliyevin həyata keçirdiyi işləri layiqincə davam etdirmək potensialına malikdirlər.

Azərbaycan vətəndaşlarının Azərbaycan dövlətinə, dövlətçilik dəyərlərinə dərin hörmət etdiyini deyən baş nazirin müavini bildirib ki, bu günki gənclər Azərbaycanın müasir dəyərlərinin formalaşddığı dövrdə dünyaya gəliblər.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, bu gün gənc nəsillərin arzu etdiyi cəmiyyəti gələcəkdə onlara təqdim edə bilsinlər:

"Bu, bizim ümumi məqsədimizdir. Bu məqsədə nail olmaq üçün də var gücümüzlə çalışırıq. Bu işdə gənclərimizin daha yaxşı təhsilalması və zənginliklərə sahib olması tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyiələnməkdir. Bu gün Azərbaycanda məktəblilərə bu imkanlar bütünlüklə təqdim edilib. Ölkədə gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti