...

Baş direktorun müavini: Bakı Forumu YUNESKO mandatına tam uyğun tədbirdir

Siyasət Materials 5 May 2017 11:47 (UTC +04:00)
Miqrantların inteqrasiyası, zorakı ekstremizmin artmasına müqavimət, eləcə də internetdə gənclərin radikallaşması – bu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada müzakirə olunan mövzuların kiçik bir hissəsidir
Baş direktorun müavini: Bakı Forumu YUNESKO mandatına tam uyğun tədbirdir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Miqrantların inteqrasiyası, zorakı ekstremizmin artmasına müqavimət, eləcə də internetdə gənclərin radikallaşması – bu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dialoqun və ümumbəşəri dəyərlərin təşviqi: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" mövzusunda keçirilən sessiyada müzakirə olunan mövzuların kiçik bir hissəsidir.

Trend-in məlumatına görə, bunu YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib.

Onun sözlərinə görə, Bakı Forumu insanların şüurunda sülh fikirlərinin möhkələnməsinə yönəlmiş YUNESKO mandatına tam uyğun olan bir tədbirdir:

“Dünya çox mürəkkəb yer olub. Texnologiyalar sahəsində nəhəng innovasiyalara baxmayaraq, biz eyni zamanda artan gərginliklə üzləşirik. Bu isə dünyada qeyri-stabilliyin mövcud olması ilə bağlı yaranmış ünumi etimadsızlığın nəticəsidir”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti