...

Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli hərbi əməkdaşlıq haqqında memorandum imzalayacaq

Siyasət Materials 11 May 2017 15:20 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli formatda əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırır
Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli hərbi əməkdaşlıq haqqında memorandum imzalayacaq

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli formatda əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu məsələ Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə türkiyəli həmkarı Fikri İşık arasında İstanbulda Müdafiə sənayesi beynəlxalq sərgisi çərçivəsində görüş zamanı müzakirə olunub.

Gürcüstanlı nazir qeyd edib ki, hər üç ölkənin müdafiə naziri əməkdaşlığı müzakirə etmək üçün 10 gün sonra Batumidə görüşəcək.

Xəbər lenti

Xəbər lenti