Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Ülyahəzrət, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".