...

Prezidentin köməkçisi: Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir

Siyasət Materials 5 İyun 2017 11:10
Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir.
Prezidentin köməkçisi: Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.

N.Məmmədov qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir:

"Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır. Əməkdaşlığın böyük perspektivləri var və bunu davam etdirmək lazımdır. Azərbaycan-Rusiya-İran arasında 2 il əvvəl yaradılmış Cənub-Şimal dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Milli, iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün bu formatlar səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir".

Prezidentin köməkçisi bildirib ki, Türkiyənin NATO üzvü olması, Gürcüstanın isə Avropa İttifaqı ilə assosiativ saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur, əksinə, regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti