...

Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrılıb

Siyasət Materials 9 İyun 2017 18:15 (UTC +04:00)
Prezident İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti