...

"Böyük İpək Yolu": Alxanlı faciəsini törədən Ermənistan hakimiyyəti cəzalandırılımalıdır

Siyasət Materials 6 İyul 2017 20:51 (UTC +04:00)
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olan mülkü vətəndaşlarımız, xüsusilə də azyaşlı Zəhranın qətlə yetirilməsi ilə əlaqədar bəyanat verib.
"Böyük İpək Yolu": Alxanlı faciəsini törədən Ermənistan hakimiyyəti cəzalandırılımalıdır

Bakı. Trend:

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olan mülkü vətəndaşlarımız, xüsusilə də azyaşlı Zəhranın qətlə yetirilməsi ilə əlaqədar bəyanat verib.

Qurumdan Trend-ə verilən məlumata görə, bəyanatda Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxlaması, eyni zamanda atəşkəs elan edilməsinə baxmayaraq, mülkü vətəndaşlara qarşı həyata keçirdiyi terror siyasəti qətiyyətlə pislənilir.

“Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törətməklə mülkü əhaliyə qarşı terror siyasəti həyata keçirmişdi. 2017-ci ildə azyaşlı Zəhranın öldürülməsi bir daha sübut edir ki, bu illər ərzində terror siyasətində qəti dəyişiklik olmamışdır. Ermənistan tərəfi beynəlxalq tribunalarda özünü sülh tərəfdarı kimi göstərsə atəşkəs dövründə 33-cü azərbaycanlı uşağın qətlə yetirilməsi həyata keçirilən sistematik terror siyasətini bir daha sübut etmiş olur. 2011-ci ildə Ağdam sakini 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində həlak olmasından sonra bu hadisəyə susan beynəlxalq təşkilatlar Ermənistan tərəfinə növbəti dəfə eyni addımı atmağa sanki fürsət yaratmış oldular.

Biz İpək Yolu ölkələri gəncləri düşünürük ki, mülkü əhaliyə qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verməli, bu hadisənin əsas günahkarı olan Ermənistan hakimiyyəti cəzalandırılımalıdır. Ermənistan hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət dünya ictimaiyyəti tərəfindən qınanmalı və onlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.”

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı özündə 30-dan çox ölkənin gənclərini birləşdirir. Təşkilatın rəhbəri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovdur.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti