...

Millət vəkili: Soçi görüşünün iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyəti var

Siyasət Materials 22 İyul 2017 13:48 (UTC +04:00)
Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Millət vəkili: Soçi görüşünün iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyəti var

Bakı. Trend:

Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bunu Trend-ə dövlət başçıları arasındakı görüşü şərh edən millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkilinin sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox ciddi müzakirə olunub: "Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün daha çox Rusiya ilə təmasda olmalıdır, problemi Rusiya ilə müzakirə etməlidir. Hamıya məlumdur ki, Ermənistan Rusiyanın forpostudur, müstəqil dövlət deyil. Bu dövlətin təkbaşına qərar qəbul etmək imkanları yoxdur. Ermənistanın arxasında Rusiya durub və bu problemin də həlli əsasən Rusiyadan asılıdır, yəni Minsk qrupunun həmsədri olan digər ölkələr, Fransa və ABŞ-dan çox az şey asılıdr. Bu baxımdan da görüşü son dərəcə əhəmiyyətli hesab edirəm".

Q.Həsənquliyev Azərbaycan-Rusiya prezidentlərinin Soçi görüşünü beynəlxalq və ikitərəfli əlqalərin inkişafı aspektindən də mühüm hesab edir: "Rusiya bizim qonşumuzdur. Bu ölkədə 2 milyona yaxın azərbaycanlı yaşayır, işləyir. Rusiya dünyanın güclü dövlətlərindən biridir. Hesab edirəm ki, Rusiya ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmlidir. Biz təkcə Rusiya rəsmiləri ilə yox, subyektləri ilə də ciddi əlaqələr qurmalıyıq. Xüsusilə də Şimali Qafqazdakı respublikalarla, türk respublikaları ilə münasibətlər inkişaf etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti