...

Bakıda Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir (FOTO)

Siyasət Materials 6 Sentyabr 2017 11:15 (UTC +04:00)
Bakıda Türkiyə və Gürcüstan xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Mixail Canelidze arasında görüş keçirilir.
Bakıda Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir (FOTO)

Bakı. Trend:

Bakıda Türkyə və Gürcüstan xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Mixail Canelidze arasında görüş keçirilir.

Trend-in məlumatına görə, onlar Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü üçün Azərbaycana səfər edib.

İki ölkənin XİN rəhbərlərinin görüşünün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti