...

RF XİN: Azərbaycanla silah satışına dair saxta məlumatlar Rusiyanın müttəfiqlərinə təzyiq kimi qiymətləndirilməlidir

Siyasət Materials 8 Sentyabr 2017 14:41 (UTC +04:00)
“The Guardian” qəzetində Azərbaycanla Rusiya arasında silah satışına dair saxta məlumatların yayılması Rusiyanın müttəfiqlərinə təzyiqi artırmaq kimi qiymətləndirilməlidir.
RF XİN: Azərbaycanla silah satışına dair saxta məlumatlar Rusiyanın müttəfiqlərinə təzyiq kimi qiymətləndirilməlidir

Bakı. Trend:

“The Guardian” qəzetində Azərbaycanla Rusiya arasında silah satışına dair saxta məlumatların yayılması Rusiyanın müttəfiqlərinə təzyiqi artırmaq kimi qiymətləndirilməlidir.

Trend-in məlumatına görə, bunu RF Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.

M.Zaxarova qeyd edib ki, bu, Rusiyaya bir neçə istiqamət üzrə informasiya təzyiqlərinin edildiyini göstərir:

“Rusiyalı jurnalistlərə təzyiqlər edilir, onlar informasiya məkanından sıxışdırılıb çıxarılır. Bu, müxtəlif formalarla həyata keçirilir ki, bütün bunlar da saxta xəbərlərin hesabına baş verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti