Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan və Rusiyanın dini liderləri Cənubi Qafqazda münaqişənin dinc yolla həllinə yardım etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu fikirlər Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin Dağlıq Qarabağ problemi ilə bağlı görüşü ərəfəsində Moskva və bütün Rusiyanın Patriarxı Kirill və Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə arasında keçirilən görüş zamanı səsləndirilib.
Rusiya Pravoslav Kilsəsinin rəhbəri Moskvaya səfərə görə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə təşəkkürünü bildirib və şeyxin dinlər və xalqlar arasında dialoqun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Tərəflər bundan sonra da sülhün bərqərar olması istiqamətində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını və bu görüşün Qafqazda münaqişənin həllinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, bu gün Moskvada üç ölkə dini liderlərinin görüşü keçiriləcək.