...

Prezident İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı haqqında sərəncam imzalayıb

Siyasət Materials 3 Oktyabr 2017 18:02 (UTC +04:00)
Prezident İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı haqqında sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti