...

Deputat: AŞ PA-da qəbul edilən sənədlər Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür

Siyasət Materials 11 Oktyabr 2017 18:04 (UTC +04:00)
"Eyni zamanda Azərbaycana qarşı təzyiqlərin arxasında enerji, nəqliyyat və digər sahələrdə Azərbaycanla rəqabətdə olan güclü ölkələr dayanır".
Deputat: AŞ PA-da qəbul edilən sənədlər Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür

Bakı. Elçin Mehdiyev – Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün keçirilən iclaslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məsələlərin qeyd olunduğu sənədlərin qəbul edilməsi Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, bu hadisələrin arxasında erməni lobbisi ilə yanaşı, ermənilərin real sahibləri də durur: “Çox qəribə bir vəziyyət yaranıb. Belə ki, bəzi qüvvələr AŞ PA-da Azərbaycan əleyhinə sənədlər qəbul etdirirlər. Onlar istəyirlər ki, Azərbaycan haqqında mənfi imic yaratsınlar”.

Deputat hesab edir ki, eyni zamanda Azərbaycana qarşı təzyiqlərin arxasında enerji, nəqliyyat və digər sahələrdə Azərbaycanla rəqabətdə olan güclü ölkələr dayanır:

"Onlar zəncirvari bir ideyaya bağlı olan, Azərbaycana qarşı informasiya müharibəsi aparan əsas qüvvələrdir. Yəni Azərbaycana qarşı müharibə sadəcə səngərlərdə deyil, informasiya sahəsində də aparılır”.

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti