...

Deputat: BTQ-nin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir

Siyasət Materials 31 Oktyabr 2017 08:01 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun açılması prezident İlham Əliyevin siyasi və iqtisadi iradəsinin nəticəsidir.
Deputat: BTQ-nin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir

Bakı. Samir Əli - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, bu layihənin baş tutması Azərbaycanın iqtisadi uğurlarından biridir: "Bu yolla Azərbaycan həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək. Bu xətt həmçinin Şərq-Qərb dəhlizi ilə yükdaşımada aparıcı qüvvə hüsab olunur. Həmçinin hazırda Şimal-Cənub yolu üzərində iş gedir. Azərbaycan artıq bu layihədə mərkəz rolunu oynayacaq. Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün, Azərbaycanın regionda mühüm strateji rolunun gücləndirilməsi üçün bu layihə çox vacib və mühümdür".

Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti