Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun numayəndələri Ağdamda (FOTO)

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun numayəndələri Ağdamda (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun «Regional İnkişaf» İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda görüşlər keçiriblər.

Fonddan Trend-ə verilən məlumata görə, Ağdam rayon Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir ildir fəaliyyət göstərən RİİB-in həyata keçirdiyi layihələr, görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. RİİB-in layihələrində gənclərin fəal rol oynadığını deyən Anar Ələkbərov Ağdam rayon gənclərini də qurumun fəaliyyətində aktiv iştiraka, bölgənin inkişafı istiqamətində ideya və təkliflər irəli sürməyə çağırıb.

Bu dəfəki görüşün 9 noyabr – Dövlət Bayrağı Gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın təbrikini görüş iştirakçılarına çatdırıb. Anar Ələkbərov üçrəngli bayrağımızın Azərbaycanın bütün bölgələrində - Ermənistanın işğalı altında olan rayonlarımızda da dalğalanacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdəki layihələri barədə məlumat verilərək bildirilib ki, RİİB-ə daxil olan ictimai xarakterli müraciətlərin hər birinə diqqətlə yanaşılır və onların həlli istiqamətində iş aparılır.

RİİB tərəfindən gənclərin bacarıq və qabiliyyətlərinin inkişafı, təhsil imkanlarının genişləndirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.

Anar Ələkbərov RİİB-in fəaliyyəti dövründə yüksək nəticələr əldə olunduğunu və gələcəkdə bölgələrdə həyata keçirilən layihələrin genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. «Biz sizi RİİB-in fəaliyyətini yaxından izləməyə və layihələrdə daha fəal iştiraka çağırırıq. Layihələrimizi siz gənclərə arxalanaraq həyata keçiririk», - deyə Anar Ələkbərov bildirib.

O, gəncləri RİİB-in rəsmi saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri, ictimai birliyin «Qaynar xətti» vasitəsilə təklif və müraciətlərini çatdırmağa, təşkilatın elekton platformalarında fəal olmağa çağırıb.

Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar, həmçinin dövlət proqramlarının icrası üzrə uğurlu nəticələr əldə edilib. O, bu siyasətə dəstək olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Fond daim uğurlu layihələr həyata keçirir və RİİB-in də onların sırasındadır. Milli Məclisin deputatı qeyd edib ki, RİİB ilk dəfə Azərbaycanın bölgələrində könüllülük hərəkatının formalaşmasına və fəal gəncləri ətrafında toplamağa nail olub. «RİİB sizinlə birgə uğur qazana bilər», - deyə Fuad Muradov bildirib.

Görüşdə Ağdam rayon gəncləri müxtəlif təklif və müraciətlərlə çıxış ediblər. Qeyd olunub ki, RİİB-in Ağdam rayonunda həyata keçirdiyi layihələrdə iştirak edən 20 nəfər işlə təmin olunub. Görüşdə, həmçinin Ağdam rayon orta ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticə əldə etdikləri, bu il 519 nəfərin ali məktəblərə qəbul olunduğu bildirilib. Həmin gənclərdən bəzilərinin ödənişli əsaslarla təhsil aldıqları qeyd edilib və onların təhsil haqqının ödənilməsinə, eləcə də müalicəyə ehtiyacı olan bəzi sakinlərə dəstək göstərilməsi təklif olunub.

Daha sonra Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailələrinə qayğının daim Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğu qeyd edilib. Anar Ələkbərov veteranların gənclərin milli, vətənpərvər ruhda yetişməsi istiqamətində layihələrə dəstək verməsinin vacib olduğunu bildirib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunandan sonra ilk görüşü məcburi köçkünlərlə olub, onların mənzillə bağlı problemləri həllini tapıb, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Mehriban Əliyevanın təşəbbüsü ilə yüksək texnologiyalı protezlərlə təmin edilib. Emin Həsənli şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin bu addımları yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş bəzi sakinlərin əlil arabaları ilə təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib. Anar Ələkbərov qaldırılan məsələlərin araşdırılacağını və müvafiq köməklik göstəriləcəyini bildirib.

Daha sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasına bir ədəd təcili tibbi yardım maşını təqdim olunub. Qeyd edək ki, rayon ərazisində 95 min nəfərə qədər əhali yaşayır. Əhali sıxlığını və çağırışların çoxluğunu nəzərə alaraq xəstəxana üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səhiyyə Nazirliyi əlavə bir ədəd təcili tibbi yardım maşını ayırıb.

Heydər Əliyev Fondunun nümayəndələri, həmçinin Ağdam Muğam Mərkəzinin tikintisinin gedişi ilə tanış oublar.

Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunur. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Burada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.

Mərkəz Azərbaycan xalqının zəngin milli-mənəvi sərvəti olan muğamın yaşadılması və təbliği məqsədilə inşa olunur.

Heydər Əliyev Fondunun nümayəndələri Ağdam rayonunda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib, bu görüşlərin davamı olaraq kəndlərdə müxtəlif ailələrdə, o cümlədən şəhid ailəsində görüşdə olublar.

Görüşlərdə RİİB-in layihələrində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd olunub. RİİB-in müxtəlif regionlarda nümayəndələrinin fəaliyyət göstərdiyi, hər bir kəsin daim təkliflərlə onlara müraciət edə biləcəkləri qeyd olunub.

Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Loading Bars
Xəbər lenti
Özbəkistanda koronavirusa daha 648 nəfər yoluxub
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə koronavirusdan bir gündə 1 116 nəfər sağalıb
Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlanıb
Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)
Qırğızıstanda sutkada daha 81 nəfər koronavirusa yoluxub
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Neftçilər prospektində baş verən qəza tıxaca səbəb olub
Gürcüstan deputatı: Dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər
İbrahim Əhmədov: "Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)
Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəlakət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Bütün xəbərlər