...

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Siyasət Materials 10 Noyabr 2017 13:04
Bakalavr dini təhsili mütləq ölkədə alınmalıdır, magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür.
Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakalavr dini təhsili mütləq ölkədə alınmalıdır, magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” konfransında çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda xaricdə dini təhsil alan 3000-dən çox şəxs var: "Onların bir qismi bizim kimi düşünür. Yerdə qalanlar isə müəyyən dini baxışların təsiri altında olurlar. Xaricdə dini təhsil almağın əleyhinəyik, çünki xaricdə həyat tərzi Azərbaycanda olduğu kimi deyil. Bu da dini baxışların fərqli şəkildə formalaşmasına öz təsirini göstərir. Bunları nəzərə alaraq hesab edirik ki, bakalavr dini təhsili mütləq ölkədə alınmalıdır. Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür. Eyni zamanda, xaricdən də ölkəmizə dini mütəxəssislər cəlb etmək olar".

G.İsmayılov Bakı İslam Universitetinin (BİU) Azərbaycanda islam dəyərlərinin təbliğində böyük rolu olduğunu da deyib: "Bakı İslam Universiteti (BİU) artıq neçə illərdir fəaliyyət göstərir. Bu Universitetin Azərbaycanda islam dəyərlərinin təbliğində böyük rolu var və kimsə bunu inkar edə bilməz. Azərbaycanda BİU olmasaydı, bu gün məscidlərin əksəriyyəti din xadimləri olmadan fəaliyyət göstərərdi, yaxud hansısa məzhəbin təəssübkeşinin əlinə keçmişdi. Dövlətin bu sahədəki fəaliyyətinin həyata keçirilməsində bu universitetin böyük xidmətləri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti