...

Azərbaycanda hakimlərin sayının artırılması TƏKLİF olunur

Siyasət Materials 13 Noyabr 2017 14:24 (UTC +04:00)
Azərbaycanda hakimlərin sayını artırmaq lazımdır
Azərbaycanda hakimlərin sayının artırılması TƏKLİF olunur

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda hakimlərin sayını artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu 2018-ci ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, hakimlərin sayının iki dəfə artırılmalıdır: “Bu gün Azərbaycanda 555 hakim ştatı var, onlardan 49-u vakantdır. Hər min nəfərə düşən hakim sayına görə, Azərbaycan Avropa ölkələrindən geri qalır. Hakimlərin sayını iki dəfə artırmaq lazımdır. Onların maliyyləşdirilməsinə isə digər sahələr hesabına vəsait ayırmaq olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti