...

Azay Quliyev: Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib

Siyasət Materials 16 Noyabr 2017 11:02
Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib.
Azay Quliyev: Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təbliği məqsədilə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda keçirilən yekun müzakirələr zamanı deyib.

A.Quliyev bildirib ki, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzər alaraq, belə bir qanun layihəsinin hazırlanması olduqca vacib əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ən vacib layihələrdən biridir.

A.Quliyev vurğulayıb ki, qanun layihəsinin müzakirələri artıq uğurla yekunlaşır: “Hesab edirəm ki, qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunmalıdır”.

Şura sədri vurğulayıb ki, bu qanun layihəsinin ərsəyə gəlməsində həm Milli Məclisin, həm də vətəndaş cəmiyyətinin böyük əməyi var: “Gələcəkdə də bu cür təşəbbüslərin irəli sürülməsi davam etdirilməli və eyni zamanda, bundan sonrakı fəaliyyətdə də Milli Məclislə vətəndaş cəmiyyəti arasında bu cür əməkdaşlıq tempi saxlanılmalıdır. Bu yaxşı bir ənənədir və biz bu ənənəni davam etdirməliyik”.

Qeyd edək ki, qanun layihəsi “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti