Görkəmli Avstriya aliminin "İpək Yolu üzərində Odlar yurdu-Azərbaycan tarixi" kitabı bolqar dilində təqdim olunub (FOTO)

Görkəmli Avstriya aliminin "İpək Yolu üzərində Odlar yurdu-Azərbaycan tarixi" kitabı bolqar dilində təqdim olunub (FOTO)

Bakı. Trend:

Sofiyada görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının bolqar dilində təqdimatı keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiya şəhərinin mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

Konfransda Bolqarıstanın sabiq prezidenti Qeorqi Pırvanov, Bolqarıstan Elmlər Akademiyasının (BEA) sabiq prezidenti Stefan Vodeniçarov, BEA-nın vitse-prezidenti Vasil Nikolov, Arxiv Dövlət Agentliyinin prezidenti Mixail Qruev və vitse-prezidenti Rumen Borisov, Bolqarıstanın Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və tarixçilər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov, Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın Abbasqulu Ağa Bakixanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, sözügedən kitabı bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev və kitabın redaktoru Solmaz Süleymanova çıxış ediblər.

Səfir N.Qurbanova arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu qeyd edib. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər tarixi bölgələrdə aşkar edilən arxeoloji tapıntıların, o cümlədən Azığ mağarasında 300-400 min əvvəl aid olan insanın alt çənə sümüyünün Azərbaycanın qədim insan məskənlərindən olduğunun bariz nümunəsi olduğunu əlavə edib.

Səfir ölkəmizin tarixən tolerantlıq nümunəsi, mədəniyyətlər və sivilizasiyalararası dialoq diyarı kimi tanındığını vurğulayaraq, Azərbaycanda müxtəlif dinlərin qarşılıqlı hörmət və sülh şəraitində mövcud olduğunu, həmrəylik nümayiş etdirdiyini söyləyib. Müxtəlif etnik və dini qruplara mənsub nümayəndələrin müasir Azərbaycan ərazisində hələ Qafqaz Albaniyası dövründə birgə yaşadığını və bu qədim dövlətin e.ə. IV əsrdən b.e. 705-ci ilinədək mövcud olduğunu bildirib. Səfir məhz Qafqaz Albaniyası ərazisinin Cənubi Qafqazda ilk Xristian icmalarının məskənlərindən biri hesab edildiyi barədə məlumat verib. O, Azərbaycanda xristianlığın tarixinin Alban kilsəsinin yaranması ilə eyni vaxta təsadüf etdiyi və bu kilsənin xristianlığın tarixində mühüm rol oynadığından söz açıb.

N.Qurbanova 1918-ci il may ayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirib və bu dövlətin müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu bildirib. Səfir mövcud olduğu qısa dövr ərzində AXC hökumətinin dövlətçilik və milli quruculuğun inkişafı prosesində mühüm addımlar atması barədə məlumat verib.

Səfir Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə qeyd edib. Sözügedən münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdə birinin işğalı, ölkəmizdə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini, davam edən hərbi işğal və işğal olunmuş ərazilərdə etnik təmizləmə ilə yanaşı, Azərbaycanın mədəni irsi və mülki infrastrukturunun əvəzolunmaz itkilərə məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir münaqişə ilə bağlı BMT TŞ tərəfindən 1993-cü ildə 4 qətnamənin qəbul edildiyini xatırladaraq, beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı hərbi gücün istifadəsi, ərazilərimizin işğalını davamlı olaraq qınadığını vurğulayıb. Diplomat bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan, məşhur Avstriya tarixçisi E.Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enevin töhfəsindən danışıb və ona təşəkkürünü ifadə edib.

BEA-nın Tarix İnstitutunun direktor müavini B.Nyaqulov müasir qlobal dünyada xalqların bir-birini qarşılıqlı tanımasının zəruri olduğunu, Qara dəniz vasitəsilə bölünən Balkan və Qafqaz regionları arasında tarixi oxşarlıqların – yerli əhalinin etno və dini tərkibinin müxtəlifliyi, müsəlman və xristian əhalinin sülh şəraitində birgə yaşayışı və s. olduğunu söyləyib. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində belə bir kitabın təqdimatının keçirilməsinin bolqar oxucuları və tarixçiləri üçün əlamətdar olduğunu qeyd edib.

AMEA-nın Abbasqulu Ağa Bakixanov adına Tarix İnstitutunun direktoru Y.Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat verib. O, əlavə edib ki, müsəlman Şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulub. E.Fayqlın Azərbaycan tarixi barədə Avropa oxucusuna müfəssəl məlumat verən “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” əsərinin əhəmiyyətindən bəhs edərək Y.Mahmudov qeyd edib ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Deputat həmçinin, I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələri və s. barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın Bolqarıstanla münasibətlərinə toxunan Y.Mahmudov iki ölkə arasında tarixən mövcud olmuş dost əlaqələrindən bəhs edib. Ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində sözügedən kitabın bolqar dilində tərcümə olunmuş versiyasının təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

Kitabın tərcüməçisi Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enev kitabla ilk tanışlığından, əsərin onda necə dərin iz buraxmasından və beləliklə kitabın bolqar dilinə tərcüməsinə qərar verməsindən söz açıb. O, bildirib ki, dostları arasında azərbaycanlılar olduğu kimi, ermənilər də var. Lakin ermənilərin tarixi olduğu kimi yox, özlərinə sərf edən kimi təqdim etməsi onu bu kitabı tərcümə etməyə vadar edib. T.Enev kitabda ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim olunduğunu əlavə edib. Sonda polkovnik bildirib ki, əgər erməni siyasətçilər tarixin saxtalaşdırılmasından əl çəksələr və azərbaycanlı həmkarlarına əl uzatsalar, mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Sözügedən kitabın redaktoru S.Süleymanova çıxış edərək redaktoru olduğu kitabın bolqar dilinə tərcümə edilməsinin tarixi barədə qısa məlumat verib və kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib. Kitabın bolqarlar arasında öz oxucularını əldə edəcəyinə ümid etdiyinə bildirən S.Süleymanova nəşrin ölkəmiz üçün əhəmiyyətindən bəhs etdib. O, deyib ki, kitab azərbaycanlı tərəfindən deyil, müasir Avropanın ürəyində yaşayan avropalı tərəfindən qələmə alınıb və bir avropalının Azərbaycan tarixini və reallığını necə qəbul etməsinin parlaq nümunəsidir.

Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
Loading Bars
Xəbər lenti
Minaya düşüb gözlərini və ayağını itirən ANAMA əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb (FOTO)
Aptekonline.az-da "Biolane" brendinin seçilmiş məhsullarına möhtəşəm ENDİRİM!
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır
Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib
Türkiyə şirkətləri Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini hazırlayır
Kürdəmirin həbsdə olan icra başçısının işi məhkəməyə göndərildi
Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)
Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
Avronest Parlament Assambleyasının komitə iclası keçirilib
Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda ərzaq sovqatı paylanılıb (FOTO)
Azərbaycan nefti bahalaşır
Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib
"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama
Evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanıldı
Ötən gün 26 yanğından 9 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb
Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi
Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF
Ustanı cərəyan vuraraq öldürüb
Bərdədə koronavirusa yoluxan həkim küçədə saxlanıldı
“Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb (FOTO)
Aprelin 29-30-da keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanılıb
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 530 nəfər yoluxub
ABŞ Dövlət Departamenti koronavirusa görə ziyarət edilməsi tövsiyə olunmayan ölkələrin siyahısını genişləndirəcək
STAR NEZ 600 milyon dollara yaxın dəyəri olan investisiyaları 2022-ci ildə başa çatdıracaq - "SOCAR Türkiyə"
Bu klublar Çempionlar Liqasından kənarlaşdırılmayacaq - Peres
İsrail milyonlarla peyvənd dozasını gətirmək üçün "Pfizer" şirkəti ilə müqavilə imzaladı
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib
Meksika mətbuatında erməni təcavüzünün nəticələri və regionda münaqişə sonrası vəziyyətdən danışılıb
Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Bütün xəbərlər